Sürücülük imtahanına oyun kimi hazırlaş.
YOLU Azərbaycanda sürücülük imtahanına hazırlaşanlar üçün oyun formatlı tətbiqdir. Qaydaları zona-zona öyrən, XP qazan, seriyanı qoru və real imtahan simulyatorunda özünü yoxla.
Google Play-də yüklə ↗Android üçün · Azərbaycan dilində
YOLU nədir?
YOLU yol hərəkəti qaydalarını quru oxumaq əvəzinə, oyun kimi öyrənməyə imkan verir. Hər şey zonalara bölünüb: dərs oxuyur, testlər həll edir, çağırışları keçir və növbəti zonanın qapısını açırsan. Suallar yalnız Azərbaycanın “Yol hərəkəti haqqında” Qanununa və Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi imtahan proqramına əsaslanır.
Necə işləyir?
Üç addım, hər gün bir az.
Zonanı seç
Yol xəritəsində açıq olan zonadan başla. Hər zonanın öz mövzusu var: nişanlar, üstünlük qaydaları, cərimələr və s.
Mərhələləri keç
Dərs, test və çağırışlarla irəlilə. Düzgün cavab XP gətirir, səhv isə ürək aparır.
İmtahan simulyatorunda yoxla
Real imtahan formatında suallarla hazırlığını ölç və hər dəfə fərqli suallarla təkrarla.
Hər zonada 6 növ mərhələ
Mövzu hər dəfə fərqli formatda təkrarlanır ki, qaydalar yadda qalsın.
Bütün imkanlar
Öyrənməyi maraqlı və davamlı edən alətlər.
XP, ürəklər və seriya
Hər düzgün cavab XP verir. Seriyanı qoru, ürəkləri xərcləmədən zonanı bitir.
Liderlər cədvəli
Həftəlik və aylıq reytinqdə dostlarınla və digər istifadəçilərlə yarış.
Dostlar
Dostlarını tap, izlə və irəliləyişlərini müqayisə et.
Nişanlar və uğurlar
Məqsədləri tamamla, nişanlar topla və səviyyəni göstər.
Cəld Çevir
Yol nişanları ilə sürüşdürmə oyunu: 3 saniyə ərzində doğru, yoxsa yanlış olduğunu seç.
Real imtahan simulyatoru
Real imtahan formatında, hər dəfə fərqli təsadüfi suallarla.
Aktivlik tarixçəsi
Son həftələrdə nə qədər çalışdığını gündəlik rəngli xanalarla gör.
Hər yerdə eyni hesab
Google hesabınla daxil ol, irəliləyişin saxlanılsın.
Duellər Tezliklə
Dostunla və ya təsadüfi rəqiblə canlı sual yarışı üzərində işləyirəm.
Tətbiqdən görüntülər
Ekran görüntüləri tezliklə əlavə olunacaq.